Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu

00:07 - 13 Aprel 2026

Albaniyada Superliqanın 31-ci turu çərçivəsində bir neçə oyun keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Egnatiya" səfərdə "Tirana" ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Əliyev matçı tam oynayıb və 90+6-cı dəqiqədə sarı vərəqə alıb.

Hazırda “Eqnatiya” 54 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti