"Yuventus" üçün Lois Opendanın məcburi transfer şərti yerinə yetirilib.
Sportal.az xəbər verir ki, Turin klubu Seriya A-da hazırda 4-cü yerdədir və mövsümün bitməsinə 6 tur qalmış artıq 10-cu pillədən aşağı düşə bilməz. Buna görə də “Yuventus” "Leypsiq"ə 40,6 milyon avro ödəyərək hücumçunun transferini rəsmiləşdirməyə borcludur.
Qeyd edək ki, icarə üçün artıq 3,3 + 0,8 milyon avro ödənilib. Fabritsio Romanonun məlumatına görə, klub 26 yaşlı futbolçunu yay transfer pəncərəsində satmağa çalışacaq.
Cari mövsümdə Openda çempionatda 23 oyunda orta hesabla 28 dəqiqə meydanda olub və cəmi 1 qol vurub
saytlarin hazirlanmasi
