"İnter" Simoeneni gətirmək istəyir - əgər razı sala bilsə

23:30 - 15 Aprel 2026

"İnter" baş məşqçi postu üçün əsas namizəd kimi Dieqo Simeoneni görür.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, hazırda "Atletiko"nu çalışdıran 55 yaşlı mütəxəssis Milan klubunun rəhbərliyinin prioritet seçimidir. “Neradzurri” yayda məşqçini dəyişməyə hazırdır, əgər Simeoneni razı sala bilsə.

Bununla yanaşı, klubda Simeonenin “Atletiko” ilə əməkdaşlığı davam etdirməyə razılaşdığı xəbərlərindən də xəbərdardırlar.

Qeyd edək ki, argentinalı mütəxəssis 1997–1999-cu illərdə Inter Milan forması geyinib.

Hazırda komandanı Kristian Çivu çalışdırır və “İnter” Serie A-da 32 turdan sonra 75 xalla liderdir.

Xəbər xətti