"İllər ərzində çox şey "Real"ın xeyrinə olub, bu dəfə isə..." - "Bavariya"nın futbolçusu

23:26 - 16 Aprel 2026

Harryi Keyn bildirib ki, "Real"ın Eduardo Kamavinqanın qırmızı vərəqəsinə görə narazı qalmasına təəccüblənmir.

Sportal.az xəbər verir ki, "Bavariya"nın hücumçusu öz açıqlamasında bunları qeyd edib:

“Şübhəm yoxdur ki, onlar əsəbiləşiblər. Amma illər ərzində çox şey onların xeyrinə olub. Bəli, o, ehtiyatsız davranışına görə sarı vərəqə aldı. Bu, keçən il mövsümün sonunda "Leyptsiq"lə oyunu buraxmağıma səbəb olan sarı vərəqəyə bənzəyir.

Əgər sən futbolçusansa, xüsusən də artıq sarı vərəqən varsa, topu əlinə götürüb onunla qaça bilməzsən, bu, çox risklidir. Hakim də belə qərar verdi. Bəzən nəyinsə sənin xeyrinə olması xoşdur."

Qeyd edək ki, həmin epizod matçın dönüş nöqtəsi oldu. Belə ki, Kamavinqa 86-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovuldu, bundan sonra “Bavariya” iki gec qol vuraraq ÇL-də yarımfinala yüksəldi.

Xəbər xətti