"Milan" "Atletiko"ya 40 milyon avro təklif edəcək

18:59 - 22 Aprel 2026

"Atletiko"nun hücumçusu Aleksandr Sörlot karyerasını İtaliya Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" norveçli futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Rossonerilər" Sörlotu hücum xəttini gücləndirmək üçün prioritet hədəf hesab edir. İtaliyalı klubu 30 yaşlı forvardı transfer üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Atletiko" Aleksandr Sörlotu 2024-cü ilin yayında "Vilyarreal"dan 32 milyon avroya transfer edib. Norveç millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti