Millimiz Belarusla iki oyun keçirəcək

17:41 - 23 Aprel 2026

Çimərlik futbolu üzrə Azərbaycan millisi aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Sportal.az xəbər verir ki, yığma hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Millimizə aşağıdakı oyunçular dəvət olunublar:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Xəbər xətti