"Arsenal"dan Premyer Liqada daha bir rekord

22:31 - 25 Aprel 2026

“Arsenal” Premyer Liqada bir mövsüm ərzində künc zərbələrindən vurulan qollar üzrə rekord müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, “topçular” İngiltərə çempionatının 34-cü turunda “Nyukasl”ı qəbul edib (1:0). Ebereçi Eze 9-cu dəqiqədə standart vəziyyətin oynanılmasından sonra cərimə meydançasından kənardan vurduğu zərbə ilə hesabı açıb.

“Topçular” cari mövsümdə künc zərbəsindən 17-ci qolunu vurub. Bu, liqa tarixində ən yüksək göstəricidir.

2023/24 mövsümündə “Arsenal” bu cür 16 qol vurmuşdu. Eyni göstərici 1992/93 mövsümündə “Oldhem” və 2016/17 mövsümündə “Vest Bromviç” tərəfindən də qeydə alınmışdı.

Xəbər xətti