Milli komandamızın üzvü legioner həyatı yaşayacaq? – özü açıqladı

11:35 - 28 Aprel 2026

Azərbaycan milli komandasının və “Şamaxı”nın legioneri Rüfət Abbasov yeni mövsümə ölkə xaricində başlaya bilər.

21 yaşlı müdafiəçi ona gələn təklifləri bu yay dəyərləndirməyi planlaşdırır.

Sportal.az saytına açıqlama verən Abbasov məsələ haqda bunları deyib:

"Bəli, bilirəm ki, adım bəzi klublarla hallanır. Hazırda da ölkə xaricində danışdığım klublar var. Xeyirlisi olsun. İndidən bir şey deyə bilmərəm. Gələcək hər şeyi göstərəcək. Özüm də legioner həyatı yaşamağa müsbət yanaşıram. Təbii ki, bunun baş verməsini istəyərəm. Hazırda komandamızın oyunlarına fokuslanmışam. Digər məsələləri isə zaman göstərəcək".

Qeyd edək ki, 21 yaşlı futbolçu "Neftçi"nin yetirməsi və sabiq üzvüdür. Onun "Şamaxı" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Mirbağırağa
 

Xəbər xətti