"Zaltsburq"un müdafiəçisi Joan Qadu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Borussiya" fransalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Dortmund "Borussiya"sı 19 yaşlı mərkəz müdafiəçisi üçün Avstriya klubuna 20+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Zaltsburq" Joan Qadunu 2024-cü ilin yayında PSJ-dən 10 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 33 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
