İngiltərə Premyer Liqasında aprelin ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Pep Qvardiola ayın məşqçisi seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssis ekspertlərin və azarkeşlərin səslərinnə əsasən qalib olub.
Qeyd edək ki, "Mançester Siti" ötən ay Premyer Liqada keçirdiyi üç oyunun hər birində qələbə qazanıb.
saytlarin hazirlanmasi
