"Turan Tovuz" avrokuboklarda, "Karvan-Yevlax" liqadan düşdü, "Neftçi" "Şamaxı"ya qalib gəldi- YENİLƏNİB

21:20 - 10 May 2026

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç baş tutub. 

"Turan Tovuz" "Karvan-Yevlax"a qalib gələrək, avrokuboklara vəsiqəni təmin edib.

"Neftçi" isə "Şamaxı"nı məğlubiyyətə uğradıb. 

Misli Premyer Liqası

XXXI tur

10 may

"Turan Tovuz” - “Karvan-Yevlax" 1:0
Qol: 
Ayxan Hüseynov 45+1
Baş hakim: Əkbər Əhmədov
Tovuz şəhər stadionu

“Neftçi” - “Şamaxı” 3:0 
Qollar:
Emin Mahmudov 1, Fərəc 47, Breno Almeyda 83
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

Xəbər xətti