Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Avropa təmsilçisini Rolando Maran çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rolando Maranın son iş yeri ölkəsində "Breşiya" klubu olub.