Jarrod Bouen Premyer Liqanın top-klublarının maraq dairəsinə düşüb.
Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, "Vest Hem" aşağı liqaya düşəcəyi halda 100 milyon funt-sterlinqdən çox vəsait tapmalı olacaq və əsas futbolçuların satışı maliyyə problemlərinin həllinə kömək edə bilər.
İngiltərə millisinin vingerini "Çelsi", "Mançester Yunayted" və "Liverpul" izləyir. 29 yaşlı futbolçu “Vest Hem”də oynamaqdan məmnundur, lakin klub Çempionşipə düşərsə, prioritetlərini yenidən nəzərdən keçirə bilər.
Bouen bu mövsüm Premyer Liqada 37 oyunda iştirak edib və 18 məhsuldar fəaliyyətlə yadda qalıb.
saytlarin hazirlanmasi
