Pley-off mərhələsindən kənarlaşdırıldılar - rəqibin məşqini gizli izlədiyi üçün

23:33 - 19 May 2026

"Southempton" İngiltərə Futbol Liqasının (EFL) klubu Çempionşip pley-off finalından kənarlaşdırmaq qərarına etiraz etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, klubun analitiklərindən birinin "Midlsbro" komandasının məşqini gizli şəkildə izləyib və taktiki məlumatları çəkdiyi müəyyən olunmuşdu. Pley-offun iki oyunundan sonra “Sauthempton” ümumi hesabda (0:0, 2:1) qalib gələrək finala yüksəlmişdi. Komanda 23 mayda “Hall Siti”yə qarşı Premyer Liqaya vəsiqə uğrunda oynamalı idi, lakin indi bu hüquq “Midlsbro”ya verilib.

Bundan əlavə, “Sauthempton”a növbəti mövsüm üçün 4 xal da silinib. Həm bu hadisəyə, həm də digər iki intizam pozuntusuna görə.

Qeyd edək ki, klub qərardan apellyasiya verəcək və hüquqi addımların hamısını nəzərdən keçirir. Hazırda isə klub tərəfindən rəsmi açıqlama verilməyib.

Xəbər xətti