"Turan Tovuz"un forvardı "Braqa" və "Braqantino" arasında seçim edəcək? - braziliyalı qərarını verdi

11:17 - 20 May 2026

"Turan Tovuz"un hücumçusu Joarlem Batiştaya Braziliya və Portuqaliya klublarından təklif olması barədə xəbər vermişdik. Belə ki, “Braqa” başda olmaqla, “Braqantino" da onu heyətinə qatmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı forvard artıq qərarını verib. Belə ki, Batişta “Turan Tovuz”da qalacaq. O, indiyə qədər gələn təklifləri geri çevirərək, Konfrans Liqasında oynayacaq komandaya kömək etməyə üstünlük verib.

Təcrübəli forvardın "Turan Tovuz"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

31 yaşlı hücumçu "Linense", "Kapivariano"(Braziliya), "Mito"(Yaponiya), “Sportinq Kovilya”, “Şaviş”(Portuqaliya) klublarının formasını geyinib.

Xəbər xətti