Türkiyə millisinin hücumçusu "Qalatasaray"a keçə bilər

16:34 - 20 May 2026

"Başakşehir"in hücumçusu Bertuğ Yıldırım Super Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türkiyə futbolçunu transfer etmək istəyir. Bu barədə "TRT Sport" televiziyası məlumat yayıb.

"Sarı-qırmızılar" 23 yaşlı forvard üçün onun klubuna müəyyən miqdarda pul, Lazımcan Karataş və ya Ahmed Kutucudan birini təklif edəcək.

Qeyd edək ki, "Başakşehir" Bertuğ Yıldırımı mövsümün əvvəlində "Renn"dən 2,2 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti