"Mançester Yunayted" Premyer Liqa klubu ilə danışıqlara başladı

22:35 - 21 May 2026

"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Skottla yaxından maraqlanır və potensial transfer məbləği ilə bağlı artıq "albalılar"ın rəhbərliyi ilə danışıqlara başlayıblar. Bununla belə, danışıqların maliyyə detalları hələlik açıqlanmır.

Qeyd edək ki, "Bornmut" Aleks ​Skottu 2023-cü ilin yayında "Bristol Siti"dən 23 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti