"Atalanta"nın yarımmüdafiəçisi Ederson "Mançester Yunayted"ə keçməyə yaxındır.
Sportal.az xəbər verir ki, klublar braziliyalı futbolçunun transferi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə ediblər. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər yaxın vaxtlarda tam razılığa gələ bilərlər. Hər şey bu transferin uğurla baş tutacağını göstərir.
Bu keçid "qırmızı şeytanlar"a 45 milyon avroya başa gələcək. 26 yaşlı futbolçu mankunianlılarla illik 5 milyon avro maaşla 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Ederson cari mövsümdə "Atalanta"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
