"Qarabağ" böyük təcrübəyə malikdir, Kluj klubu ilə görüşlərdə yüksək şansa sahib olacaqlar"- Rumıniya mətbuatı

16:22 - 24 May 2026

Rumıniya mətbuatı Avropa Liqasının təsnifat mərhələsinin birinci turunda "Universitatya Kluj"un potensial rəqibləri kimi "Qarabağ"ın da olduğunu qeyd ediblər. 

Sportal.az xəbər verir ki, "Fanatik.ro" portalı Ağdam klubunun avrokuboklardakı təcrübəsindən yazıb:

"Universitatya Kluj" Avropa Liqasına təsnifat mərhələnin birinci turundan başlayacaq və orada onlar səpələnməmişlər sırasında yer alacaqlar. Bu şəraitdə onlar növbəti mərhələyə yüksəlmək üçün daha çətin rəqiblərlə qarşılaşacaqlar. “Universitatya Kluj”un bu turda potensial rəqibləri aşağıdakı komandalar olacaq (əmsalların azalan sırası ilə):

"Ferensvaroş", "Qarabağ", "Şerif", "Dinamo" Kiyev, "Hayduk”(Split) və ÇSKA (Sofiya)."Ferensvaroş", "Qarabağ" və "Dinamo" ən çətin komandalar hesab olunur.

"Qarabağ" Avropada böyük təcrübəyə malik komandadır. Bu mövsüm Azərbaycan klubu Çempionlar Liqasına vəsiqə qazandı və pley-offa yüksəldi, burada "Nyukasl"a 6:1, 3:2 uduzaraq mübarizəni dayandırdı. Şübhəsiz ki, Azərbaycan təmsilçisi “Universitatya Kluj”la görüşlərdə daha çox şansa sahib olacaq".

Xatırladaq ki, birinci turun püşkatması iyunun 16-da, oyunlar isə iyulun 9-da və 16-da keçiriləcək.

Xəbər xətti