"Napoli" baş məşqçisi Antonio Konte artıq komandanı çalışdırmayacaq.
Sportal.az xəbər verir ki, klub prezidenti Aurelio De Laurentiis 56 yaşlı mütəxəssisin gedişini təsdiqləyib.
Qeyd edək ki, Konte 2024-cü ilin yayında “Napoli”yə rəhbərlik etməyə başlamışdı. Onun rəhbərliyi altında komanda ilk mövsümdə İtaliya çempionu olub, ikinci mövsümdə isə ikinci yeri tutub.
saytlarin hazirlanmasi
