"Torreense" tarixində ilk dəfə Portuqaliya Kubokunu qazanıb.
Sportal.az xəbər verir ki, ikinci liqa təmsilçisi final matçında "Sporting" klubunu məğlub edib. Qələbə qolunu əlavə vaxtda penalti zərbəsindən vurublar.
Bu, "Torreense" üçün tarixində ilk böyük titul olub və komanda Avropa Liqasının əsas mərhələsində çıxış edəcək.
Bu nəticə səbəbindən "Benfika" Avropa Liqasına vəsiqə üçün təsnifat mərhələsinə qatılacaq, "Braqa" isə Konfrans Liqasına düşəcək.
saytlarin hazirlanmasi
