"Malyorka"nın hücumçusu Vedat Muriki Türkiyə Super Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" sabiq futbolçusunu transfer etmək istəyir. Bu barədə "Haber türk" televiziyası məlumat yayıb.
İstanbul klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırım kosovolu forvardla razılıq əldə edib. O, prezident seçiləcəyi təqdirdə 32 yaşlı forvardı komandaya gətirəcək.
Qeyd edək ki, Vedat Muriki başa çatan mövsümdə "Malyorka"nın heyətində meydana çıxdığı 37 La Liqa matçında 24 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu 2019/2020 mövsümündə "Fənərbaxça"da çıxış edib.
saytlarin hazirlanmasi
