Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko İtaliya millisinin keçmiş oyunçuları Marko Materazzi və Andrea Pirlonun Fonbet Kuboku Superfinalında iştirak etmək üçün Rusiyaya səfərləri ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, Şevçenko Yutub platformasındakı “Bombardier” kanalına verdiyi müsahibəsində İtaliya millisinin sabiq üzvlərini tənqid edib. Qeyd edək ki, Françesko Totti də ötən ilin aprel ayında Rusiyaya səfər etmişdi.
- Françesko Totti, Andrea Pirlo və indi isə hətta Cennaro Qattuzo kimi böyük futbol adları Rusiyaya işləməyə getməyə hazır olduqlarını bildiriblər. Onlarla ünsiyyət qurmusunuz? Çünki onlarla yaxın münasibətiniz olduğu üçün və bu əfsanələrin ora getməsinin qarşısını almaq üçün heç nə etmədiyinizə görə tənqid olunurdunuz..
- Onların çoxu ilə ünsiyyət qurmuşam. Etdiklərini pisləyirəm. Öz mövqeyimi və Ukrayna tərəfinin bu addımla bağlı fikrini bildirmişəm. Amma bununla yaşamalıyıq, bu, onların qərarıdır.
- Sizə necə reaksiya verdilər? “Səhv etmişik” dedilər, yoxsa "bizə pul verin, dəvət edin, sizin də ölkənizə gələrik” dedilər?
- Hətta cavab belə olmadı. İnsanlar başa düşürlər, amma onlar belə qərar veriblər. Yenə də deyirəm. Mövqeyimi, etdikləri işdən narazılığımı onlara bildirdim. Onlar bunu bilirlər. Tanıdığım hər kəsə dedim.
- Buna görə onlardan narazısınız? Bəs onlarla ünsiyyət qurmağa davam edəcəksiniz?
- Əlbəttə ki, hələlik onlarla ünsiyyətimi də dayandırmışam. Deyə bilərsiniz ki, bu, məni incitdi. Bəli, bu məni incitdi. Niyə belə qərarlar verdiklərini, motivasiyalarının nə olduğunu bilmirəm. Bu, onların qərarıdır.
saytlarin hazirlanmasi
