İtaliya A Seriyasına yüksələn sonuncu komanda məlum oolub.
Sportal.az xəbər verir ki, 3-cü vəsiqənin sahibinin adına "Montsa" - "Katandzaro" pley-off final matçından sonra aydınlıq gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda "Monta" eyni hesabla qalib gəlib. Turnirin reqlamentina əsasən iki görüşün nəticəsinə əsasən hesabda bərabərlik qeydə alınanda əlavə vaxta və ya penaltilər seriyasına ehtiyac duyulmur. Belə olan halda əsas mövsümün öndə tamamlayan komanda A Seriyasına yüksəlib.
"Montsa" normal mövsümü 3-cü pillədə başa vurduğu üçün İtaliya futbolunun elitasına vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl "Venetsiya" ilə "Frozinone" A Seriyasında iştirak etmək hüququ qazanıb.
saytlarin hazirlanmasi
