Mübariz Mənsimovun "Xəzər Lənkəran"ı bərpa etmək niyyəti ciddidir.
Sportal.az Sportifo.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən məşhur biznesmen klubun yenidən futbol səhnəsinə dönməsi prosesinin sürətləndirilmiəsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Ona məxsus holdinqin nümayəndələri yaxın vaxtlarda Azərbaycana səfər edəcək, "Xəzər Lənkəran" Mərkəzi Stadionunun mövcud durumuna dair hesabat hazırlayacaq.
Burada aparılacaq yenidənqruma işlərinin miqyası müəyyənləşdiriləcək, ssmeta tutulacaq.
Mübariz Mənsimov arenada kompleks təmir-tikinti işlərinin görülməsi yönündə ilk göstərişi 2 il qabağa təsadüf edir. Fəqət, həmin vaxt stadionun sənədləri qaydasında olmadığından, işlərə başlanılmamışdı.
Belə ki, qardaşı, uzun illər "Xəzər Lənkəran"ın prezidenti vəzifəsini tutmuş Mais Mənsimov ondan xəbərsiz sənədləri saxtalaşdırıb və arenanın mənsubiyyətini öz adına keçirib.
Mübariz Mənsimov həmin vaxt Türkiyədə həbs həyatı yaşadığından, bu hadisədən vaxtında xəbər tuta bilməyib. O, yalnız türmədən çıxandan bir müddət sonra olay barədə məlumat alıb və məhkəməyə baş vurub.
İki qardaş arasında bir neçə ay davam edən məhkəmə çəkişməsi sonda Mübariz Mənsimovun xeyrinə bitib.
saytlarin hazirlanmasi
