Premyer Liqa 2026 Dünya Çempionatında ən çox futbolçu göndərən milli liqa olacaq.

Sportal.az xəbər verir ki, turnirdə 48 milli komanda iştirak edəcək və ümumilikdə 1248 futbolçu çağırılıb. Onlardan 166-sı İngiltərə Premyer Liqasında çıxış edir ki, bu, bütün liqalar arasında ən yüksək göstəricidir.

Digər liqalar üzrə göstəricilər belədir:

Bundesliqa — 101 futbolçu

La Liqa — 82

Liga 1 — 81

Seria A — 66

Səudiyyə Pro Liqası — 46

MLS və Türkiyə Superliqası — hər biri 43

İngiltərə Çempionşipi — 37

Niderland Erediviziyası — 34

Klublar arasında isə ən çox futbolçu göndərən komanda "Mançester Siti" olub — 19 oyunçu ilə.

Digər ön sıralar:

"Bavariya" — 18

"Arsenal" və PSJ — 16

"Barselona" — 14

"Mançester Yunayted" və "Kristal Pelas" — 13

"Atletiko" — 12

"Əl Hilal", "Əl-Nəssr", "Borussiya" (Dortmun), "Qalatasaray" və "Liverpul" — 11

"Milan, PSV, "Real"  və "Slaviya" (Praqa) — 10

2026 Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.