Azərbaycan milli komandasının qapıçısı Emil Balayev malta ilə keçiriləcək yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 32 yaşlı qolkiperin fikirlərini diqqətinizə çatdırır:
- Üç il sonra milliyə qayıtdım. Ayxan Abbasova və digər məşqçilərə təşəkkür edirəm. Burada olduğuma görə çox sevinirəm. Bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür Avstriyadayıq. Millidə ailə atmosferinin olduğu hiss olunur.
- Şahruddin Məhəmmədəliyevlə rəqabət üçün darıxmışdın?
- Təbii ki, darıxmışdım. Karyeramda başqa qapıçılarla da rəqabətim olub. Amma Şahruddinlə rəqabət tamamilə başqadır. Mövqeyimiz eyni olsa da, həmişə bir-birimizi dəstəkləmişik. "Qarabağ"da Şahruddin əsas heyət oyunçusu olanda millidə mən oynayırdım. "Qarabağ"da mən Şahruddinə, millidə o mənə dəstək olurdu. Biz bir-birimizə qarşı çox sağlam, dostca rəqabət aparmışıq.
- Rza Cəfərovla rəqabət necədir?
- Rza icarə əsasında "Qəbələ"də idi. Artıq onun icarə dönəmi başa çatıb. Onunla "Neftçi"dəəki rəqabəti də gələcəkdə görərik.
saytlarin hazirlanmasi
