İspaniya milli komandası dünya çempionatı öncəsi yoxlama görüşü keçirib.
Sportal.az xəbər verir ki, ispanlar DÇ-nin digər iştirakçısı İraqla qarşılaşıb.
La Karunyada keçirilmiş görüş 1:1 hesabı ilə yekunlaşıb.
İspaniya Uruqvay, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə birlikdə H, İraq isə Fransa, Seneqal və Norveçlə birlikdə I qrupunda yer alıb.
İspaniya - İraq 1:1
Qollar:Ferran Torres 16 - Merças Doski 27
