"Turan Tovuz" avrokuboka buraxılmadı - CAS-dan yekun qərar

23:48 - 15 İyun 2026

İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb. 

Sportal.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Qurum UEFA Appelyasiya Orqanının klub haqqında  2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan “Turan Tovuz” UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.

Xəbər xətti