"Fənərbaxça" 18 yaşlı vinger transfer etdi

18:17 - 24 İyun 2026

"Fənərbaxça" hücum xəttinə yeni oyunçu cəlb edib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Amara Diufu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vingerlə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, seneqallı futbolçunun son klubu ölkəsində "Qenereyşn Fut" olub.

Xəbər xətti