Keçmiş futbolçu müharibədə həlak oldu

16:30 - 24 İyun 2026

Ukrayna ilə Rusiya arasındakı müharibədə 25 yaşlı litvalı könüllü İqnas Kaylyus həlak olub.

Sportal.az xəbər  verir ki, o, keçmişdə futbolçu olub və Litvanın məşhur "Suduva" klubunun ehtiyat komandasında ("Suduva B") çıxış edib.

İqnas bu ilin fevral ayında Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub və orada qumbaraatan köməkçisi vəzifəsində xidmət edib. İyun ayının əvvəlindən döyüşçü itkin düşmüş hesab olunurdu.

​Həmin vaxt Rusiya qüvvələri litvalı könüllünün döyüş tapşırığını yerinə yetirdiyi əraziyə kütləvi atəş açıb, bundan sonra onunla əlaqə tamamilə kəsilib.

​"Suduva" futbol klubu öz keçmiş oyunçusunun xatirəsini ehtiramla yad edib, başsağlığı verərək onun qəhrəmanlığını vurğulayıb:

​"Biz İqnas Kaylyusu daim müsbət enerji saçan bir insan kimi xatırlayırıq və xatırlayacağıq. "Suduva B"-nin keçmiş oyunçusu Ukraynanın və hamımızın azadlığını təcavüzkarlardan, xeyiri şərdən, işığı qaranlıqdan qoruyaraq canını fəda etdi. Rahat uyu, qəhrəman!".

Xəbər xətti