"İnter"in futbolçusu karyerasını Yunanıstanda davam etdirəcək - 1 illik müqavilə

22:45 - 26 İyun 2026

İnsayder Fabrizio Romanonun məlumatına görə, Stefan de Vrey "Panathinaikos" klubuna keçir.

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayacaq. Sazişdə daha bir il uzatma opsiyası da yer alacaq.

Niderlandlı futbolçu "Inter"dən ayrıldıqdan sonra yeni klubuna azad agent kimi qoşulacaq. De Vrey bazar ertəsi Afinaya yollanacaq və burada tibbi müayinədən keçəcək.

Xəbər xətti