"Şamaxı"dan ayrılan məşqçi "Şəfa"da – gənc mütəxəssislə anlaşdılar

12:48 - 27 İyun 2026

“Şəfa”da yeni məşqçi təyinatı reallaşıb.

Sportal.az saytına verilən məlumata görə, illər sonra Premyer Liqaya geri qayıtmış klub Eyyub Əliyevlə anlaşıb.

O, Zaur Həşimovun korpusunda yer alacaq. Əliyev qapıçılar üzrə məşqçi kimi çalışacaq. Gənc mütəxəssis ötən mövsümü “Şamaxı”da keçirib.

O, bölgə klubunda qapıçılar üzrə məşqçi Kamil Qafarovun köməkçisi kimi çalışıb.

Əliyev futbolçu karyerasına “Neftçi”də başlayıb. O, “Simurq”, “Kəpəz”, "Lüksel"(İsveç) klublarının və aşağı yaş qruplarından ibarət yığma komandalarımızın qapısını qoruyub. 

Xəbər xətti