"Barselona" 130 milyon avroluq təklif göndərəcək

16:59 - 30 İyun 2026

"Barselona" "Atletiko"da çıxış edən Xulian Alvaaresi transfer etmək üçün səylərini davam etdirir.

Sportal.az xəbər verir ki, 100 milyon avroluq təklifi rədd edilə La Liqa nəhəngi argentinalı hücumçu üçün Madrid klubuna növbəti dəfə müraciət edəcək. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Barselona" dünya çempionatı başa çatdıqdan sonraq "Atletiko" ilə yenidən danışıqlar masasına əyləşməyi planlaşdırır. Kataloniya klubu 26 yaşlı forvard üçün bu dəfə 130 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cw ilin yayında "Mançester Siti"dən transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti