PSJ-nin satmağı planlaşdırmadığı vinger "Arsenal"ın hədəfində - Fransanın oyununda tribunadan izləyəcəklər

00:47 - 1 İyul 2026

"Arsenal" PSJ-nin vingeri Bredli Barkolaya marağını artırıb. Buna səbəb futbolçunun bu yay transferə açıq ola biləcəyi ilə bağlı siqnalın alınmasıdır.

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, London klubunun nümayəndələri DÇ-2026-nın 1/16 finalında keçiriləcək Fransa-İsveç oyununu tribunadan izləyəcək və Barkolanın çıxışını yaxından qiymətləndirəcəklər.

Fransalı futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Paris klubu Barkolanın oyun vaxtından narazı olmasına baxmayaraq, onu satmaq niyyətində deyil.

Bundan əlavə, PSJ-də hesab edirlər ki, futbolçunun bazar dəyəri müzakirə olunan məbləğlərdən xeyli yüksəkdir. Klubun fikrincə, Barkola Elliot Anderson üçün "Mançester Siti" ödəyəcəyi 116 milyon funt sterlinqdən də baha qiymətləndirilməlidir.

Xəbər xətti