Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Polesye” klubu ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin yeganə qoluna Velko Simiç imza atıb.
Qeyd edək ki, "Qarabağ"dan Ukrayna təmsilçisinin heyətinə yeni transfer olunan Leandro Andrade matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
saytlarin hazirlanmasi
