Türkiyənin "Çorum" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqanın debütantı "Beşiktaş"dan Gökhan Sazdağını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Beşiktaş" Gökhan Sazdağını 2025-ci ilin yayında "Kayserispor"dan 1,5 milyon avroya transfer etmişdi. Təcrübəli futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
