DÇ-2026-da turniri tərk edən ilk ev sahibi

23:46 - 4 İyul 2026

Daha öncə qeyd etdiyimiz kimi, Kanada yığması DÇ-2026 ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, Cessi Marşın komandası 1/8 finalda Mərakeş millisinə 0:3 hesabı ilə məğlub olub.

Beləliklə, Kanada mundialın üç ev sahibi ölkəsi arasında turniri ilk tərk edən komanda olub. Digər ev sahibləri olan Meksika və ABŞ isə 1/8 final oyunlarını daha sonra keçirəcəklər.

Meksika 6 iyulda İngiltərə yığması ilə, ABŞ isə 7 iyulda Belçika millisi ilə qarşılaşacaq.

Xəbər xətti