İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-da 1/ 4 final mərhələsində qarşılaşacaqları Belçika ilə görüş haqda danışıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Yamal rəqibin qolkiperi Tibo Kurtua barədə bunları deyib:
"Tibo Kurtua dünyanın ən yaxşı qapıçılarından biridir. O, mənim həyatımı çətinləşdirəcək, amma... Həmişə olduğu kimi, mən qalib gəlmək istəyirəm".
Qeyd edək ki, İspaniya – Belçika matçı sabah Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
