Fransa yığması DÇ-2026-nın 1/4 final matçında Mərakeşə 2:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, "üçrənglilər" çempionatları tarixində ardıcıl üç dəfə yarımfinala yüksəlməyi bacaran üçüncü komanda olublar.
Fransızlardan öncə bu nailiyyətlə Almaniya - üç dəfə (1966, 1970, 1974; 1982, 1986, 1990 və 2002, 2006, 2010, 2014) və Braziliya (1994, 1998, 2002) yığmaları yadda qalıb.
Bu, həmçinin Fransa yığması üçün tarixdə 8-ci dünya çempionatı yarımfinalı olacaq. Onlar bundan əvvəl 1958, 1982, 1986, 1998, 2006, 2018 və 2022-ci illərdə yarımfinala yüksəliblər. Fransızlar 1998 və 2018-ci illərdə turnirin qalibi olublar.
Fransa yığmasının baş məşqçisi Didye Deşam üçün bu, ardıcıl üçüncü yarımfinaldır və bu, dünya çempionatları tarixində rekordun təkrarıdır. Ondan əvvəl almaniyalı Helmut Şon 1966, 1970 və 1974-cü illərdə bu nailiyyətə imza atıb.
Deşam, həmçinin dünya çempionatlarında keçirilən oyunların sayına görə də Şonun rekorduna şərik olub. Hər iki mütəxəssisin hesabında 25 qarşılaşma var. Bundan əlavə, Deşam dünya çempionatlarının pley-off mərhələlərində qazandığı qələbələrin sayını 11-ə çatdıraraq öz rekordunu yeniləyib. Ümumilikdə, 57 yaşlı mütəxəssisin aktivində dünya çempionatı matçlarında 18 qələbə var ki, bu da rekord göstəricidir.
saytlarin hazirlanmasi
