Dünya çempionatları tarixində 21 oyun keçirən ikinci qapıçı

00:01 - 11 İyul 2026

Belçika millisinin 2026 dünya çempionatının 1/4 finalında İspaniya yığması ilə qarşılaşır. İlk hissədə hesab 1:1 olub.

Sportal.az xəbər verir ki, bu oyun Belçika millisinin qapıçısı Tibo Kurtua üçün dünya çempionatlarında 21-ci matç olub.

Beləliklə, 34 yaşlı "Real" qapıçısı bu göstəricidə Huqo Llorisi (20 oyun) geridə qoyaraq dünya çempionatları tarixində ən çox oyun keçirən qapıçılar arasında ikinci pilləyə yüksəlib.

Bu siyahıya isə Manuel Noyer başçılıq edir. Almaniya millisinin təcrübəli qapıçısı beş dünya çempionatında ümumilikdə 23 oyun keçirib.

Xəbər xətti