"Qarabağ" "Akron"un forvardı Gilson Benşimolla maraqlanır.
Sportal.az xəbər verir ki, bu barədə “Zona Russa” məlumat yayıb.
Mənbənin iddiasına görə, Ağdam klubu Rusiyada oynayan 24 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir.
Kabo-Verde millisinin üzvü "Qarabağ" transfer siyahısındadır.
Qeyd edək ki, Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub.
Onun “Akron”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Gilson “Eştoril”, “Benfika B” klublarında da oynayıb.
saytlarin hazirlanmasi
