"Neftçi"nin sabiq qapıçısı "Kəpəz"lə anlaşdı

18:49 - 12 İyul 2026

Ötən mövsümü "Səbail"də keçirmiş Rəşad Əzizli karyerasına Premyer Liqada davam edəcək. 

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper “Kəpəz”lə anlaşıb.

O, Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 

Əzizli karyerası ərzində “Rəvan”, “Neftçi”, “Sumqayıt”, “Keşlə”(indiki “Şamaxı”), “Zirə”, “Qəbələ”, “Sumqayıt” klublarının qapısını qoruyub.
 

Xəbər xətti