Xorvatiya millisinin baş məşqçisinin kimliyi açıqlanıb.
Sportal.az xəbər verir ki, balkanlılar Slaven Biliçi baş məşqçi postuna geri qaytarıb. 57 yaşlı mütəxəssisi razı salmaq mümkün olub. Xorvatiya Futbol Federasiyası Biliçlə 3 illik müqavilə imzalayıb.
O, son olaraq “Əl-Fateh” klubunu çalışdırmışdı. Bundan savayı isə təcrübəli mütəxəssis Xorvatiya millisində, həmçinin “Lokomotiv”(Moskva), “Beşiktaş”, “Vest Hem”, “Əl-İttihad”, “Vest Bromviç”, “Beyjinq Qoan”, “Uotford” klublarında işləyib.
saytlarin hazirlanmasi
