Qvineya yığmasının üzvü Azərbaycanda oynayacaq - VİDEO

22:33 - 14 İyul 2026

"Araz-Naxçıvan" yeni transferi reallaşdırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb.

Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.

Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib.

30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib.

Futbolçunun həm da Fransa vətəndaşlığı var.

Xəbər xətti