“Qarabağ” və “Turan Tovuz” eyni futbolçu ilə yaxından maraqlanır.
Sportal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, hər iki klub “Kayrat”ın futbolçusu Jorjinyo üçün hərəkətə keçib.
2026-cı il dekabrın 31-nə qədər Qazaxıstan klubuna məxsus olan portuqaliyalı futbolçu Azərbaycan klublarından birinə keçmək istəyir.
“Braqa”nın yetirməsi olan Jorjinyo Portuqaliyada “Merelinense”, “Fafe”, “Pevidem”, “Differdanj”(Lüksemburq) klublarında oynayıb.
