"İnter" ilə Yann Bissek yeni müqavilənin uzadılması ilə bağlı şifahi razılıq əldə ediblər.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, yeni müqavilə 2031-ci ilin iyun ayınadək nəzərdə tutulub. Rəsmi imzalanma mərasiminin yaxın saatlarda baş tutacağı gözlənilmir. Müqavilə ilə bağlı bütün rəsmi prosedurların yaxın günlərdə başlanacağı bildirilir.
Bundan əvvəl "Bavariya"nın Bisseklə maraqlandığı, “İnter”in isə müdafiəçini 40 milyon avro dəyərində qiymətləndirdiyi xəbər verilmişdi.
"Köln" akademiyasının yetirməsi olan Bissek artıq üç mövsümdür ki, Milan klubunun formasını geyinir. O, ötən mövsüm A Seriyasında 3 qol vurub.
saytlarin hazirlanmasi
