"Milan" "Qalatasaray"ın təklifini qəbul etmədi

15:37 - 27 İyul 2026

"Qalatasaray" "Milan"da çıxış edən Rafael Leaonu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

İstanbul nəhəngi portuqaliyalı vinger üçün İtaliya klubuna rəsmi təklif göndərib. "Qalatasaray"ın planı Leaonu satınalma bəndi ilə icarəyə götürməkdir. Türkiyə çempionunun bu təklifi qəbul edilməyib. A Seriyası klubu 27 yaşlı futbolçunu birdəfəlik satmaq istəyir və icarə variantını nəzərdən keçirmir.

Qeyd edək ki, Rafael Leao 2025/26 mövsümündə "Milan"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Xəbər xətti