Qadın voleybolçulardan ibarət “Turan” klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi Yanq Hanyu Şandonqla 1 illik müqavilə bağlayıb.

Çin millisinin üzvü 2018-ci ildə yığma ilə dünya çempionatında bürünc medal qazanıb.

Xatırladaq ki, "Turan" son Azərbaycan çempionatının qalibidir.