Premyer Liqa klubu 40 milyon avroya müdafiəçi transfer edir

21:20 - 8 Avqust 2026

"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" Fil Dişi Sahili millisinin üzvünün keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmızılar" 22 yaşlı mərkəz müdafiəçisi üçün Portuqaliya klubuna 40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 2023-cü ilin yayında "Midyullann"dan transfer edib.

Xəbər xətti